Bütün Rusiya benzin növbəsində – yanacaq qıtlığı fəlakət həddinə çatırbackend

Bütün Rusiya benzin növbəsində – yanacaq qıtlığı fəlakət həddinə çatır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın bölgələrində benzin və dizel yanacağı çatışmazlığı davam edir. Musavat.com xarici mediaya istinadla xəbər verir ki, indiyədək yanacaq çatışmazlığı yaşayan bölgələrin sırasına Buryatiya, Tomsk və İrkutsk da qoşulub.

Buryatiya rəhbəri açıq şəkildə bildirib ki, yanacaq qıtlığının səbəblərdən biri Ukraynanın neft emalı zavodlarına zərbələri ilə bağlıdır. İrkutsk vilayətinin qubernatoru İqor Kobzev regional yanacaq bazarındakı vəziyyətlə əlaqədar olaraq baş nazirin müavini Aleksandr Novakla görüşmək üçün təcili olaraq Moskvaya uçduğunu açıqlayıb.

Tomsk vilayətinin hakimiyyəti “bəzi yanacaqdoldurma məntəqələrində” benzin çatışmazlığını təsdiqləyib. Lakin bölgə sakinləri iddia edir ki, problemlər “bütün yanacaqdoldurma məntəqələrindədir”.

Ufadan Başneft yanacaqdoldurma məntəqəsində uzun növbənin videosu yayılıb. Sankt-Peterburqda bir sürücü altı yanacaqdoldurma məntəqəsini gəzərək iki “Teboil” məntəqəsində yalnız Aİ-92 və Aİ-100 benzin olduğunu bildirib.

“Lukoil” məntəqələrində növbə və tıxac var. Sankt-Peterburqda yanacaq probleminin əsasən həll olunduğu bildirilir.

“Rosneft” stansiyalarından birində də növbə yaranıb. “Amma orada benzin var”, -istehlakçılardan biri bildirib.

Moskva bölgəsində, Naro-Fominski rayonunun Nazaryevo kəndi yaxınlığında sürücülər “Rosneft” yanacaqdoldurma məntəqəsində növbəyə düzülüblər. “Növbənin axırı görünmür”, – sürücülərdən biri deyib. Şahidin sözlərinə görə, yaxınlıqdakı “Lukoil” stansiyası bütün gün bağlı olub.

Rostov-na-Donu və Batayskda da uzun növbələr müşahidə olunur. Yerli sakin 12 yanacaqdoldurma məntəqəsinə baş çəkdiyini və “yalnız birində – “Qazprom”da 92 oktanlı yanacaq vardı və növbə böyük idi. Qalanlarında (8 “Rosneft”, 2 “Lukoil”, 1 “Teboil”) isə ümumiyyətlə yanacaq yox idi”.

İrkutskda, Novatorov küçəsində yol polisi əməkdaşları bir-birinin ardınca növbəyə durmağa çalışan sürücülərdən ayrılmalarını istəyiblər. Şahidlərin sözlərinə görə, orada təxminən 250 maşın toplaşıb

Oryol sakini bildirib ki, bir “Rosneft” yanacaqdoldurma məntəqəsində yalnız dizel yanacağı qalıb. Udmurtiya həmçinin bildirib ki, bir “Lukoil” məntəqəsində “yalnız 100 oktanlı yanacaq var, lakin çənlərə və konteynerlərə yanacaq doldurmaq qadağandır”.

İnquşetiyada bəzi “Rosneft” və digər şirkətlərin yanacaqdoldurma məntəqələri izahat verilmədən müvəqqəti olaraq bağlanıb. Həmçinin bildirilir ki, Narus yanacaqdoldurma məntəqəsi yalnız kuponlarla yanacaq satır.

Musavat.com