AZAL Naxçıvan reyslərini ləğv etdi – SƏBƏBbackend

AZAL Naxçıvan reyslərini ləğv etdi – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Hava Yolları (AZAL) iyunun 27-nə planlaşdırılan Bakı-Naxçıvan reyslərini ləğv edib.

Editor.az  xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidmətindən bildirilib.

Səbəb kimi Naxçıvan hava limanında müşahidə olunan ildırımlı hava şəraiti göstərilib.

Bildirilib ki, sərnişinlərə mümkün dəyişikliklərlə bağlı ətraflı məlumat veriləcək. Hava şəraiti sabitləşdikdən sonra isə uçuşlar ştat rejimdə bərpa olunacaq.

Qeyd edilib ki, AZAL-da bütün qərarlar sərnişinlərin və ekipajın təhlükəsizliyinin təmin edilməsi məqsədilə qəbul edilir və beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun həyata keçirilir.