Mühüm xallar uğrunda savaş: Fransa Norveçə, İspaniya Uruqvaya qarşıbackend

Mühüm xallar uğrunda savaş: Fransa Norveçə, İspaniya Uruqvaya qarşı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə dünya çempionatında qrup mərhələsinin həlledici – üçüncü turun oyunları davam edir.

Oxu.Az xəbər verir ki, qrup mərhələsinin sonuncu turu azarkeşlərə bir-birindən maraqlı qarşılaşmalar vəd edir.

I qrupun həlledici görüşlərində Norveç Fransa ilə, Seneqal isə İraqla üz-üzə gələcək. Hər iki matçın start fiti bu gün Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.

Geridə qalan iki turdan sonra I qrupuna 6 xalla Fransa və Norveç milliləri liderlik edirlər. Seneqal və İraq isə hələ ki xal qazana bilməyiblər və müvafiq olaraq üçüncü və dördüncü yerdədirlər.

H qrupunun qarşılaşmalarında isə Kabo-Verde Səudiyyə Ərəbistanı ilə, Uruqvay isə İspaniya ilə üz-üzə gələcək. Hər iki görüş iyunun 27-i Bakı vaxtı ilə saat 04:00-da başlayacaq.

Hazırda H qrupunda vəziyyət belədir: 4 xal toplayan İspaniya millisi birinci, aktivində 2 xal olan Uruqvay və Kabo-Verde isə ikinci və üçüncü sıradadırlar. Səudiyyə Ərəbistanı isə 1 xalla sonuncu yerdədir.

G qrupunda iyunun 27-i saat 07:00-da Misir İranla, Yeni Zelandiya isə Belçika ilə mühüm xallar uğrunda yaşıl meydanda gücünü sınayacaq.

G qrupunun turnir cədvəlində Misir 4 xalla vahid liderdir. İran və Belçika hərəyə 2 xalla ikinci və üçüncü yerləri tutur, Yeni Zelandiya yığması isə qrupun autsayderidir və aktivində 1 xal var.

Dünya çempionatı

III tur

26 iyun

I qrupu

23:00. Norveç – Fransa;

23:00. Seneqal – İraq.

27 iyun

H qrupu

04:00. Kabo-Verde – Səudiyyə Ərəbistanı;

04:00. Uruqvay – İspaniya.

G qrupu

27 iyun

07:00. Misir – İran;

07:00. Yeni Zelandiya – Belçika.

Qeyd edək ki, mundiala iyulun 19-da yekun vurulacaq.