Rusiyadan ermənilərə balıq zərbəsi, “Putin NATO-su”ndan isə XƏBƏRDARLIQbackend

Rusiyadan ermənilərə balıq zərbəsi, “Putin NATO-su”ndan isə XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Ermənistandan bütün balıq məhsullarının idxalına məhdudiyyət qoyub. “Rosselxoznadzor” TASS-a bildirib ki, əvvəllər müəyyən edilmiş pozuntular aradan qaldırılana qədər daha iki Ermənistan müəssisəsinin məhsullarının sertifikatlaşdırılmasını müvəqqəti olaraq dayandırıb. Beləliklə, Ermənistandan bütün balıq məhsullarının tədarükü dayandırılıb.

Ermənistandan bütün balıq məhsullarının idxalını dayandırdılar

Departament xatırladıb ki, əvvəllər sistemli pozuntular nəticəsində “Rosselxoznadzor” Ermənistan tərəfindən yoxlamada birbaşa iştirak edən müəssisələr – “MF Export” MMC və “Invest Plus” MMC istisna olmaqla, bütün balıq məhsullarının sertifikatlaşdırılmasını müvəqqəti olaraq dayandırmağı xahiş etmişdi. Qeyd olunan müəssisələr üçün gücləndirilmiş laboratoriya nəzarəti rejimi müəyyən edilib.

“Daha sonra materialların təhlili zamanı ilkin hesabat hazırlanıb və aşkar edilmiş pozuntular aradan qaldırılana və lazımi dəstəkləyici materiallar təqdim olunana qədər adı çəkilən müəssisələrin məhsullarının sertifikatlaşdırılmasını müvəqqəti olaraq dayandırmaq qərarı verilib”, – “Rosselxoznadzor” bildirib.

Departament Rusiya bazarına tədarük üçün nəzərdə tutulan balıq və balıq məhsullarının təhlükəsizliyini təmin etmək üçün Ermənistan tərəfi ilə işləyir.
Musavat.com xatırladır ki, “Rosselxoznadzor”un Ermənistandan karantin nəzarətinə məruz qalan məhsulların idxalını məhdudlaşdırmaq qərarı əsas ixrac mövqelərinə – tərəvəz, meyvə və gül bazarına zərbə vurub. Bu isə Ermənistanın xarici bazarların real şaxələndirilməsinə nə dərəcədə hazır olduğu ilə bağlı sualları daha da artırıb.

Ermənistan məhsullarının təxminən 90%-i Rusiyaya ixrac olunur. Yeri gəlmişkən, “Rosselxoznadzor”un Ermənistan gül məhsullarının idxalını məhdudlaşdırmaq qərarından sonra gül istehsalçıları daxili bazarda satış həcmlərində və qiymətlərdə kəskin azalma ilə üzləşiblər. Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan Ermənistanın Avrasiya İqtisadi Birliyi və Avropa İtifaqına üzvlük arasında mümkün qədər tez qərar verməsini istəyirlər. İrəvana təzyiqlərin artması da bununla əlaqədardır. Ona görə bu dəfə balıq məhsullarına embarqo qoyulub. Rusiya tələb edir ki, ya Aİİ, ya da Aİ arasında seçim olunsun. Ermənistan isə hələ ki təşkilatdan çıxmaq niyyətində olmadığını bildirir.

Vətən Səsi | Onlayn qəzet

Oxşar təzyiqlər təhlükəsizlik sahəsində də müşahidə olunur. Rusiyanın KTMT-dəki daimi nümayəndəsi Viktor Vasilyev iyunun 26-da bildirib ki, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) ümumi büdcəsinə töhfəsi 10% təşkil edir. Eyni zamanda, diplomat qeyd edib ki, ölkə iki ildir nəzərdə tutulan məbləği ödəmir. O, RİA Novosti agentliyinə bildirib ki, Ermənistan ödəməli olduğu 10% iki ildir ödənilməyib.

Göründüyü kimi, İrəvana həm iqtisadi, həm təhlükəsizlik sahəsində basqılar artır. Paşinyan bildirib ki, Ermənistan blokdan çıxmayıb, KTMT Ermənistanı tərk edib. Ancaq fakt odur ki, Ermənistan KTMT-də fəaliyyətini “dondurub”, iclaslarını və təlimlərini boykot edib. Müşahidəçilərin fikrincə, Paşinyan Moskvaya səfər edənə qədər bu təzyiqlər güclənəcək. Lakin Putinlə görüşün münasibətlərdə ciddi dönüş yaradacağına şübhə ilə yanaşanlar da var.

Musavat.com