Venesuelada zəlzələ qurbanlarının sayı 235 nəfərə çatdı, yaralıların sayı 4 300-ü ötübbackend

Venesuelada zəlzələ qurbanlarının sayı 235 nəfərə çatdı, yaralıların sayı 4 300-ü ötüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Venesuelada baş verən dağıdıcı zəlzələlər nəticəsində həyatını itirənlərin sayı 235 nəfərə, yaralananların sayı isə 4 300-dən çoxa yüksəlib.

Editor.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.  

Rəsmi məlumata görə, axtarış-xilasetmə əməliyyatları fasiləsiz davam etdirilir. Dağıntılar altından indiyədək 200-dən çox insan sağ çıxarılıb, lakin yüzlərlə şəxsin taleyi ilə bağlı hələ də qeyri-müəyyənlik qalır. Ən çox dağıntı paytaxt Karakas və ona yaxın yerləşən La Quayra ştatında qeydə alınıb.  

Hakimiyyət orqanlarının məlumatına əsasən, təbii fəlakət nəticəsində təxminən 250 bina dağılıb və ya ciddi ziyan görüb, minlərlə ailə isə evsiz qalıb. Zədələnmiş obyektlər arasında xəstəxanalar, yaşayış binaları və digər ictimai infrastruktur da var.  

Xatırladaq ki, iyunun 24-də Venesuelada 39 saniyə fasilə ilə 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələ baş verib. Bu, ölkədə son yüz ildən artıq dövrdə qeydə alınan ən güclü seysmik hadisələrdən biri hesab olunur. Zəlzələlərdən sonra ölkədə fövqəladə vəziyyət elan edilib, beynəlxalq humanitar yardım və xilasetmə qrupları bölgəyə cəlb olunub.  

//Gülnarə Abasova, Editor.az