Trampın İranla bağlı yeni planı – özü elan etdibackend

Trampın İranla bağlı yeni planı – özü elan etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp İranla bağlı yeni açıqlama verib.

Globalinfo.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Tramp İranın tezliklə açılacaq yeni bazara çevriləcəyini bildirib:

“Qarşıda açılacaq daha bir bazarımız var və bu, gözəl ölkə olan İrandır. Bura həqiqətən də gözəl yerdir. Ora getmək istəyən varmı?”.

O, İranın ərzaq çatışmazlığı ilə üzləşdiyini iddia edərək, ABŞ-ın Tehranın vəsaitlərinin bir hissəsini kənd təsərrüfatı məhsullarının alınmasına yönəldəcəyini söyləyib:

“Bu pullarla çoxlu buğda, soya və qarğıdalı alınacaq. Bu proses çox yaxın vaxtlarda başlayacaq və kifayət qədər genişmiqyaslı olacaq”.

ABŞ Prezidenti əlavə edib ki, Vaşinqton hazırda Tehranla “güc mövqeyindən” danışıqlar aparır:

“Biz onlara ciddi zərbə vurduq. İndi isə danışıqları yalnız güc mövqeyindən aparırıq. Onlar da bunu yaxşı bilirlər. Hörmüz boğazı artıq açılıb və biz orada rekord göstəricilər əldə edirik”.