Ukrayna Rusiyada yüz illik tarixi olan hərbi zavodu vurdubackend

Ukrayna Rusiyada yüz illik tarixi olan hərbi zavodu vurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Rusiyanın bir neçə vilayətinə dron və raket zərbələri endirib.

Volqoqrad şəhərində Rusiya hərbi-sənaye kompleksinin nəhəngi olan “Titan Barrikadi” zavodu hücum hədəfinə çevrilib. Zavoda bir neçə zərbə endirilib, yanğın və dağıntılar var. “Titan Barrikadi” “İsgəndər-M” də daxil olmaqla, Rusiyanın qanadlı və ballistik raketləri üçün komponentlər, artilleriya sistemləri və sair istehsal edir. Zavodun əsası çar Rusiyası dövründə – 1914-cü ildə qoyulub.

Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov səhər saatılarında bildirib ki, Volqoqradda Ukrayna hücumu nəticəsində bir müəssisəyə ziyan dəyib və 10 nəfər yaralanıb: “Volqoqradın Krasnooktyabrski rayonundakı müəssisələrindən birinin istehsal obyektlərinə ziyan dəyib. Hazırda on nəfərin xəsarət aldığı məlumdur və onların hamısı zərərin dərəcəsini qiymətləndirmək üçün təcili yardım xəstəxanasına göndərilib. Həkimlər həyati təhlükə olmadığını bildiriblər”.

Moskva meri Sergey Sebyanin isə şəhərə hücum edən 10-a yaxın dronun zərərsizləşdirildiyini açıqlayıb.

Musavat.com