Türkiyədə iyulun 7-8-də Ankarada keçiriləcək NATO sammiti zamanı komendant saatı tətbiq olunacağı ilə bağlı yayılan şayiələr rəsmən təkzib edilib.
Bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin Dezinformasiya ilə Mübarizə Mərkəzi məlumat yayıb.
“Bəzi sosial şəbəkələrdə NATO sammiti ilə əlaqədar Ankarada iki günlük komendant saatı tətbiq ediləcəyi barədə yayılan iddialar tamamilə yalandır. 7-8 iyul 2026-cı il tarixlərində keçiriləcək sammitlə bağlı paytaxtda heç bir komendant saatı nəzərdə tutulmayıb”, – deyə mərkəzin bəyanatında bildirilir.
Həmçinin qeyd olunur ki, rəsmi qurumlar sammit ərəfəsində əhali arasında panika və qeyri-müəyyənlik yaratmağa yönəlmiş bu əsassız iddialarla bağlı hərəkətə keçiblər.
Belə ki, yalan məlumatları yayan şəxslərə qarşı bütün zəruri hüquqi prosedurların icrasına başlanılıb.
Musavat.com

