Azərbaycan Mərkəzi Bankı sədrinin maaşı bu qədərdir – MƏBLƏĞbackend

Azərbaycan Mərkəzi Bankı sədrinin maaşı bu qədərdir – MƏBLƏĞ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2022-ci il üzrə Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbərliyinə ödənilən əməkhaqqının həcmi 2,063 mln manat olub.

Editor.az  Ölkə.Az-a istinadən xəbər verir ki, bu, 2021-ci il illə müqayisədə 1,8 dəfə çoxdur.

2022-ci ildə rəhbərliyə ödənişlər üzrə sosial fondlara ayırmalar isə illik müqayisədə 1,8 dəfə artaraq 489 min manat olub.

Qeyd edək ki, AMB-nin İdarə Heyətinin sədri Taleh Kazımov, sədrin birinci müavini Rəşad Orucov, digər müavini isə Əliyar Məmmədyarovdur. Bundan başqa, Mərkəzi Bankın 7 baş direktoru və sədrinin 2 müşaviri var.