Azərbaycanlı biznesmenlərə “rus ordusuna pul ver” məcburiyyəti?backend

Azərbaycanlı biznesmenlərə “rus ordusuna pul ver” məcburiyyəti?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya iş adamlarının vəsaitlərinin bir hissəsini məcburi şəkildə müharibəyə yönəldir. Professor Fikrət Yusifov “TV Musavat”ın efirində maraqlı fakt açıqlayıb.

Onun sözlərinə görə, tanıdığı iki azərbaycanlı sahibkar ölkəmizə investisiya qoymaq qərarına gəlib. Onlar Rusiyada iqtisadi və biznes mühitinin getdikcə pisləşdiyini görərək bu seçimi ediblər, həm də Azərbaycana fayda vermək niyyəti olub. Lakin Rusiya müvafiq qurumları azərbaycanlı biznesmenləri sıxışdırıb, yaxınlarını polisə aparıb və təzyiq yolu ilə onların maliyyəsinin bir hissəsini müharibə xərclərinə yönəldib.

Bu təhlükə digər azərbaycanlı iş adamlarını da gözləyir. Rusiyada iqtisadi şəraitin pisləşməsi fonunda azərbaycanlı iş adamları ölkəmizə axın edə bilərmi?

bu-biznesmenler-de-ev-dustagi-oldu

İqtisadçı ekspert Günay Hüseynova Musavat.com-da qeyd etdi ki, Rusiyada iqtisadi və siyasi risklərin artması, iqtisadi sanksiyalar biznes mühitində çətinliklər yaradıb:

“Professor Fikrət Yusifovun açıqlamasına aydınlıq gətirsək, bu fakt hələ real olaraq öz təsdiqini tapmayıb, yəni sadəcə iddiadır. Məsələyə iqtisadi cəhətdən yanaşsaq, azərbaycanlı sahibkarların ölkəmizə qayıtmaq istəyi vəsaitlərini qorumaq məqsədi daşıya bilər. Əgər Azərbaycan iqtisadiyyatına yatırım nəzərdə tutulursa, bu əvvəlki illərdə də olardı, məhz iqtisadi sanksiya mühitində deyil. İkinci bir məsələ isə odur ki, niyə məhz Azərbaycan? İqtisadi cəhətdən baxsaq, həmin vəsait Avropada hansısa ölkəyə yatırım edilsə, daha çox gəlirli ola bilər. Yəni təkcə məsələ Azərbaycan iqtisadiyyatına investisiya yox, təhlükəsiz məsələsi də var. İqtisadiyyatda risksiz yatırım və təhlükəsiz önəmli faktordur. Bu o demək deyil ki, Avropa və digər ölkələr təhlükəlidir. Sadəcə, qısa müddət ərzində vəsaiti qorumaq baxımından düşünürəm ki, ölkəmizə investisiya yatırmaq düşüncəsindədirlər” .

Ekspert dedi ki, digər əsas məqam isə odur ki, hansısa başqa bir ölkəyə vəsaiti çıxarmaq bu zaman dövlətin müxtəlif yollarla qarşı çıxmasında onun maraqlarını üçüncü bir ölkə qorumayacaq:

“Azərbaycan ölkəsindən və vətəndaşlığından asılı olmayaraq ölkə iqtisadiyyatının inkişafı üçün xarici investor, rezidentlərə əlverişli iqtisadi mühit yaradır. Azərbaycanlı iş adamlarının ölkəmizdə hansısa sahəyə investisiya yatırımında hər hansısa bir mane yoxdur. İş adamlarının ölkəmizə axın məsələsinə gəlincə, düşünmürəm belə bir vəziyyətin olacağını .Olsa belə Rusiyada sanksiyalar bitənə qədər və ya qısa müddətli pul kütləsini qorumaq məqsədi ilə ola bilər”.

Musavat.com