“Yeni Sabah” xəbər verir ki, bu dəfə diqqət çəkən elanlardan biri “Nizami Residence” kompleksində yerləşən lüks mənzillə bağlıdır.
Elanda yerləşdirilən məlumata görə, “İçərişəhər” metrosu və Axundov bağı yaxınlığında yerləşən, dənizə mənzərəli 4 otaqlı mənzil aylıq 8 min manata kirayəyə verilir.
Həmin mənzilin sahəsi 350 kvadratmetr və tam təmirlidir, bütün əşyalarla birlikdə təqdim olunur.
Mənzil geniş zal, panoram pəncərələr, böyük terras və Xəzər dənizinə açılan mənzərə ilə seçilir. İnteryer isə daha çox minimalist və modern üslubda dizayn edilib.
Ən çox müzakirə olunan məqamlardan biri isə vasitəçi haqqıdır. Elanda 30 faiz xidmət haqqı qeyd olunub. Yəni mənzili kirayələmək üçün ilk ayın icarə haqqı ilə yanaşı, əlavə 2400 manat da vasitəçiyə ödəməlidir.
Beləliklə, mənzilə köçmək istəyən şəxs ilkin mərhələdə təxminən 10 400 manat xərcləməli olur. Adətən bazarda vasitəçi haqqı 20 faiz civarında dəyişsə də, bəzi mənzillərdə bu rəqəmin 30 faizə qədər yüksəldiyi müşahidə edilir.





