Almaniya, Fransa və Böyük Britaniyanın səfirləri Rusiya XİN-də: Mixail Qaluzinlə görüş keçirilibbackend

Almaniya, Fransa və Böyük Britaniyanın səfirləri Rusiya XİN-də: Mixail Qaluzinlə görüş keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya, Fransa və Böyük Britaniyanın Rusiyadakı səfirləri iyunun 11-də Rusiya Xarici İşlər Nazirliyinə gəliblər. Onlar xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüş keçiriblər.

Məlumata görə, görüşdə Almaniyanın səfiri Aleksandr Lambsdorff, Fransanın səfiri Nikola de Rivyer və Böyük Britaniyanın səfiri Naycel Keysi iştirak ediblər. Səfirlər jurnalistlərin suallarını cavablandırmadan nazirliyin binasına daxil olublar.

Almaniyanın N-TV telekanalının Moskva üzrə müxbiri Rayner Muntz bildirib ki, diplomatların nazirliyə gəlişi əvvəlcədən planlaşdırılıb və bununla bağlı videogörüntülər də mövcuddur.
Rusiya xarici işlər naziri Sergey Lavrov daha əvvəl bəyan etmişdi ki, adıçəkilən ölkələrin səfirləri Ukraynadakı müharibə ilə bağlı məsələlərin müzakirəsi üçün Rusiya tərəfi ilə görüşmək istəyiblər. Bununla belə, bəzi məlumatlara görə, görüşün təşəbbüskarı məhz Rusiya tərəfi olub.

Görüşün gündəliyi rəsmi şəkildə açıqlanmasa da, əsas müzakirə mövzularının Ukraynadakı vəziyyət və mümkün diplomatik təmaslar olduğu ehtimal edilir. Hazırda tərəflər görüşün nəticələri ilə bağlı hər hansı açıqlama verməyiblər.

//Samir Qurbanov, Editor.az