ABŞ Prezidenti Donald Trump İrana endirilən gecə hava zərbələrindən sonra Tehrana qarşı son dərəcə sərt açıqlama verib.
Editor.az xəbər verir ki, məlumata görə, Tramp ABŞ-nin televiziya kanalı olan foxnews.com-a müsahibəsində İran rəhbərliyini hədələyərək, hərbi əməliyyatların davam etdirilə biləcəyinə işarə edib.
Jurnalist Trey Yingst bildirib ki, o, ABŞ lideri ilə Ağ Evdəki Situasiya Otağında hücumların gedişini izlədiyi vaxt danışıb. Tramp söhbət zamanı Tehrana qarşı daha sərt addımlar atmağa hazır olduğunu vurğulayıb.
ABŞ və İran arasında son günlər artan hərbi gərginlik fonunda Vaşinqtonun bu cür bəyanatları regionda vəziyyətin daha da mürəkkəbləşə biləcəyi ilə bağlı narahatlıqları artırır.
Rəsmi Tehran isə hələlik Trampın açıqlamalarına münasibət bildirməyib.
//Samir Qurbanov, Editor.az


