Azərbaycanlı gəmi kapitanı həlak oldubackend

Azərbaycanlı gəmi kapitanı həlak oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Sulina limanı yaxınlığında hücuma məruz qalan “Atlas Bey” quru yük gəmisinin kapitanı, azərbaycanlı dənizçi Səməd Nəsrullayev həlak olub.

Musavat.com bildirir ki, bu barədə “Dənizçilərin İctimai Birliyi”nin sədri İlham Nəsirov məlumat verib.

Onun sözlərinə görə, hücum nəticəsində gəmidə yanğın baş verib. Kapitan Səməd Nəsrullayev xidməti vəzifəsini yerinə yetirərkən həyatını itirib.

Hazırda hücum zamanı xəsarət alan digər ekipaj üzvlərinin vəziyyəti ilə bağlı araşdırmalar davam etdirilir. Hadisənin bütün təfərrüatlarının müəyyənləşdirilməsi, eləcə də dənizçilərə lazımi yardımın göstərilməsi məqsədilə aidiyyəti qurumlar və diplomatik nümayəndəliklər tərəfindən koordinasiya tədbirləri görülür.