Bakı Qızlar Universitetinin fəaliyyətinin dayandırılması ilə əlaqədar tələbələrin təhsilinin fasiləsizliyinin təmin edilməsi məqsədilə onların digər ali təhsil müəssisələrinə köçürülməsi yekunlaşıb.
Editor.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Bizim.Media-ya Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.
Qeyd edilib ki, universitetin 1500-ə yaxın tələbəsinin hamısı artıq özəl universitetlərə köçürülüb.
Tələbələrdən 682 nəfəri Odlar Yurdu Universitetinə, qalanları isə Azərbaycan Universitetinə yerləşdirilib.
Qeyd edək ki, Bakı Qızlar Universiteti akkreditasiyadan keçmədiyi üçün fəaliyyətini dayandırıb.

