“Neftçi” o imzanı atdıbackend

“Neftçi” o imzanı atdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Neftçi” Azərbaycan Premyer Liqasının cari mövsümünün ilk 5 turunda ən məhsuldar komanda olub.

Editor.az xəbər verir ki, 15 dəfə rəqib qapılarına yol tapan “ağ-qaralar”ın orta məhsuldarlığı 3,00-ə bərabərdir.

Bu, Premyer Liqada son 12 mövsümün rekordunun təkrarıdır. 2016/2017 mövsümündə “Qəbələ” ilk 5 matçında 15 qola sevinib.

Daha yüksək məhsuldarlıq isə sonuncu dəfə 2014/2015 mövsümündə qeydə alınıb. Həmin vaxt “İnter” (indiki “Şamaxı”) 16 qola sevinib.

“Neftçi” özünün XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb. Bakı klubu sonuncu dəfə 2000/2001 mövsümündə daha çox qol vurub. Ötən əsrə təsadüf edən son startda paytaxt təmsilçisi 5 oyunda 17 qol vurub.

/sportinfo.az/