Qəzza zolağında yaşayış binasının çökməsi nəticəsində ən azı 50 uşağın dağıntılar altında qaldığı bildirilir.
Editor.az-ın məlumatına görə, məlumata görə, hadisə Qəzza zolağında baş verib. Dağıntılar altında çox sayda insanın, o cümlədən uşaqların qaldığı və xilasetmə işlərinin davam etdiyi bildirilir.
Hazırda dağıntılar altında qalanların dəqiq sayı və onların vəziyyəti barədə tam məlumat əldə etmək mümkün deyil. Ərazidə xilasetmə işlərinin aparılmasını ağır texnika və digər zəruri avadanlığın çatışmazlığı çətinləşdirir.
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk də Qəzzada dağıntılar altından insan qalıqlarının çıxarılması ilə bağlı ciddi narahatlığını ifadə edib. BMT rəsmisi bildirib ki, yaşayış binalarının dağıdılması nəticəsində əsasən qadın və uşaqlardan ibarət çoxsaylı ailələrin qalıqlarının üzə çıxarılması beynəlxalq humanitar hüquqa riayətlə bağlı ciddi suallar doğurur.
Qeyd edək ki, Qəzzada dağıntılar altında qalan insanların axtarışı və cəsədlərin çıxarılması ilə bağlı əməliyyatlar uzun müddətdir davam edir. Son günlər Qəzza şəhərində dağıntılar altından çox sayda insanın qalıqları çıxarılıb. Anadolu Agentliyinin məlumatına görə, yalnız son əməliyyatlardan birində 100 nəfərin, o cümlədən təxminən 60 uşağın qalıqları aşkarlanıb.
Xilasetmə qrupları bildirirlər ki, dağıntıların miqyası və ağır texnikanın çatışmazlığı axtarış-xilasetmə işlərini əhəmiyyətli dərəcədə çətinləşdirir.
//Gülnarə Abasova, Editor.az

