Antalyanın Korkuteli rayonunda S.F. ayrı yaşadığı həyat yoldaşının ailəsinin evinə gedərək dəhşətli hadisə törədib.
Editor.az xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” qəzeti məlumat yayıb.
Barəsində yaxınlaşma qadağası olan S.F. həyat yoldaşını, qayınatasını və qayınanasını güllələyərək öldürüb.
Qeyd edək ki, hadisə yerindən qaçan şübhəlinin axtarışı davam edir.
//Dəniz Pənahova, Editor.az

