Braziliyada 36 yaşlı bir fermer ChatGPT ilə söhbətləri zamanı 8 yaşlı oğlunu öldürmək, başqalarına hücum etmək və sonda intihar etmək planlarını müzakirə etdikdən sonra həbs olunub.
Editor.az xəbər verir ki, bu barədə “BBC News Brasil” məlumat yayıb.
Belə ki, OpenAI-ın vəziyyətlə bağlı FTB-yə (FBI) məlumat verməsindən sonra Braziliya rəsmiləri hərəkətə keçib. Lakin şübhəli şəxs oğluna zərər vermək niyyətində olması barədə ittihamı rədd edib.
Fayl yerli polisə çatdıqdan sonra şübhəli şəxs Sao Gabriel da Palhada nəzarətə götürülüb.
//Dəniz Pənahova, Editor.az

