Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi tərəfindən qəbul edilən “Ət və Ət Məhsulları haqqında yeni Kommunike” ilə qida sektorundakı tənzimləmələr tamamilə yenidən nəzərdən keçirilərək dəyişdirilib.
Editor.az xəbər verir ki, çiy ət və qiymədə qida əlavələrinin istifadəsi qadağan edilməklə yanaşı, dönərin təsnifatından tutmuş sucuq, bastırma və ət zülalı nisbətlərinə qədər bir sıra mühüm standartlar müəyyən edilib.
Etiketlərdə “100% mal əti” kimi yanıldıcı ifadələrin istifadəsinə də son qoyan bu qaydalara uyğunlaşmaq üçün müəssisələrə 31 mart 2027-ci il tarixinədək vaxt verilib.
//Dəniz Pənahova, Editor.az

