Avropa Komissiyasının sədri Ursula fon der Leyen elan edib ki, uşaqları onlayn mühitdə qorumaq məqsədilə hazırlanmış “Aİ Uşaq Aktı” təklifi 13 yaşdan kiçik uşaqlar üçün sosial media istifadəsinə dair məhdudiyyətləri də əhatə edəcək.
Editor.az xəbər verir ki, plana əsasən, 13 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulacaq.
Eyni zamanda 13–15 yaş qrupundakılar üçün isə valideyn nəzarəti və gündəlik istifadə müddəti ilə bağlı məhdudiyyətləri nəzərdə tutan hesab modeli tətbiq ediləcək.
Qeyd edək ki, komissiya daha əvvəl uşaqların onlayn təhlükəsizliyi ilə bağlı vahid Avropa yanaşması üzərində işlədiyini açıqlamışdı.
// Dəniz Pənahova, Editor.az

