Husilər Məkkəni vurmaq istəyiblər? – FOTObackend

Husilər Məkkəni vurmaq istəyiblər? – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələri müsəlmanların müqəddəs şəhəri Məkkə istiqamətində uçan husilərə məxsus pilotsuz uçuş aparatını (PUA) ələ keçirərək zərərsizləşdirib.

Editor.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Yəməndə Qanuniliyin Bərpası üzrə Koalisiyanın mətbuat katibi Türki Əl-Maliki “X” platformasında məlumat verib. Onun sözlərinə görə, dron şəhərin cənub tərəfində vurulub. O qeyd edib ki, bu düşmən və terror aktı 2017-ci il iyulun 27-də ballistik raketdən istifadə edilməklə edilən ilk hücumdan sonra Məkkəyə zərbə endirmək üçün həyata keçirilən ikinci cəhddir.

Husilər Məkkəni vurmaq istəyiblər? - FOTO

“Reuters” agentliyinin məlumatına əsasən, adları açıqlanmayan husi rəsmiləri Məkkəyə edilən hücumla bağlı iddiaları təkzib ediblər.