İran yeni silahları İŞƏ SALIR – SEPAH ELAN ETDİbackend

İran yeni silahları İŞƏ SALIR – SEPAH ELAN ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Silahlı Qüvvələri ölkənin ərazi bütövlüyünün və xalqın təhlükəsizliyinin təmin edilməsi məqsədilə yeni silahların hazırlanması istiqamətində işləri fasiləsiz davam etdirir.

Musavat.com xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi Hüseyn Mohebi “SEPAH-ın ABŞ xalqına müraciəti” mövzusunda keçirilən mətbuat konfransında bildirib.

“Biz xalqımızı və ölkəmizi müdafiə etmək üçün daim yeni silah və texnikanın işlənməsi ilə məşğuluq, silahsız qüvvələrimizin döyüş hazırlığını ardıcıl olaraq artırırıq”, – deyə H.Mohebi vurğulayıb.

O, ABŞ-nin 2015-ci ildə imzalanan nüvə sazişindən (JCPOA) çıxmasına toxunaraq bildirib ki, İran özünü müdafiə etmək üçün daim yeni silahlar hazırlayır.