Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən “Roşka” ləqəbli tiktoker Rövşən Süleymanzadənin barəsindəki cinayət işi üzrə məhkəmə prosesi qısa fasilədən sonra davam etdirilib.
Oxu.Az xəbər verir ki, təqsirləndirilənin vəkili Mircəlal Muradlı müdafiə çıxışı edərək müvəkkilinə bəraət verilməsini məhkəmədən xahiş edib.
Daha sonra Rövşən Süleymanzadəyə son söz verilsə də, o, buna hazır olmadığından məhkəmədən vaxt istəyib.
Oktyabrın 13-də keçiriləcək növbəti prosesdə Rövşən Süleymanzadə ilə bağlı hökm elan edilməsi gözlənilir.

