“New York Times”ın rəhbər işçilərindən biri Kaliforniyada, qətl şübhəsi ilə həbs edilmiş həyat yoldaşının yaşlı valideynləri tərəfindən güllələnərək öldürülüb.
Editor.az-ın xəbərinə görə, polis məlumat verib ki, San-Fransiskodan 56 kilometr qərbdə yerləşən Dablin şəhərindəki avtomobil dayanacağında qəzetin oyunçu təcrübəsi üzrə direktoru, 40 yaşlı Conatan Makkinzi çoxsaylı güllə yarası ilə aşkar edilib.
Makkinzinin qayınatası və qayınanası – hər ikisi 77 yaşında olan Şouyong Zhang və Şili Çen birinci dərəcəli qətl də daxil olmaqla, bir sıra ittihamlarla üz-üzədirlər.
Cütlüyün vəkilinin olub-olmadığı hələlik məlum olmasa da, onların məhkəməyə çıxaraq rəsmən ittihamlarla tanış olmaları nəzərdə tutulub.
//Dəniz Pənahova, Editor.az

