Türkiyənin Sakarya bölgəsində yağan güclü yağışlar bəzi yollarda, evlərdə və kənd təsərrüfatı sahələrində daşqınlara səbəb olaraq nəqliyyatda axsamalara yol açıb.
Editor.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.
Yağışlar səbəbindən Karasu rayonunun Darıçayırı məhəlləsində bir dərə məcrasından çıxaraq daşıb. Sakarya Böyükşəhər Bələdiyyəsi Su və Kanalizasiya İdarəsinin (SASKİ) qrupları ekskavatorun köməyi ilə həmin ərazidə köməksiz vəziyyətdə qalan insanları xilas ediblər. Rayonda bəzi evlər, iş yerləri, əkin sahələri və ictimai binalar su altında qalıb.
Görüntüləri təqdim edirik:

//Dəniz Pənahova, Editor.az

