Bakıda azyaşlı bədbəxt hadisə nəticəsində ölüb.
Editor.az Trend-ə istinadən xəbər verir ki, hadisə Xəzər rayonu Binə qəsəbəsi Atçılıq yaşayış massivində qeydə alınıb.
Qəsəbə sakini, 2016-cı il təvəllüdlü Elmir Gülməmmədov yaşadığı evdə qaynanan süd qazanına düşərək yanıb. Uşaq yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılsa da, orada ölüb.

