Bakının Nəsimi rayonunda intihar hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Cavadxan küçəsi 31C ünvanında qeydə alınıb.
Hələlik kimliyi bilinməyən kişi binanın 9-cu mərtəbəsinin eyvanından özünü atıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Hadisə yerinə Nəsimi Rayon Prokurorluğunun əməkdaşları cəlb edilib.

