Dmitriyev: Rusiya ilə ABŞ arasında iqtisadi əməkdaşlıq genişlənəcəkbackend

Dmitriyev: Rusiya ilə ABŞ arasında iqtisadi əməkdaşlıq genişlənəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ilə ABŞ arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, enerji layihələri və süni intellekt infrastrukturu sahəsində birgə təşəbbüslərin həyata keçirilməsi məsələləri müzakirə olunub.

Editor.az xəbər verir ki, Rusiyanın xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev bu barədə Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff arasında keçirilən görüşdən sonra açıqlama verib.

Dmitriyevin sözlərinə görə, görüş zamanı Moskva ilə Vaşinqton arasında iqtisadi əlaqələrin inkişaf perspektivləri ətraflı müzakirə edilib və əməkdaşlığın genişləndirilməsi ilə bağlı qarşılıqlı anlaşma əldə olunub.

O bildirib ki, tərəflər enerji sektoru ilə yanaşı, süni intellekt texnologiyalarının inkişafı və məlumat mərkəzlərinin yaradılması istiqamətində də fəal dialoq aparırlar. Dmitriyev Avropadan mümkün müqavimətə baxmayaraq, Rusiya ilə ABŞ arasında iqtisadi əməkdaşlığın davam etdiriləcəyini vurğulayıb.

Rusiya rəsmisi, həmçinin ABŞ administrasiyasının Moskva ilə əməkdaşlığa yanaşmasını müsbət qiymətləndirərək, iki ölkənin bir sıra birgə layihələri həyata keçirmək imkanlarının olduğunu qeyd edib.

Görüşdə humanitar əməkdaşlıq məsələləri də diqqət mərkəzində olub. Dmitriyev ABŞ-nin birinci xanımı Melaniya Trampın humanitar istiqamətdə əməkdaşlıq səylərini yüksək qiymətləndirib.

Bundan əlavə, o, ABŞ administrasiyasının Rusiyaya qarşı sanksiyalarla bağlı qanun layihəsinin qüvvəyə minməsini dayandırmasını da mühüm addım kimi dəyərləndirib.

Qeyd edək ki, Vladimir Putinlə Stiv Uitkoff arasında görüş Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən Konstantin sarayında keçirilib.

//Gülnarə Abasova, Editor.az