Bakıda mənzildə kişi meyiti aşkar edilibbackend

Bakıda mənzildə kişi meyiti aşkar edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakının Nəsimi rayonunda 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

FHN-dən verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1972-ci il təvəllüdlü Mehdiyev Vüqar Ramiz oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

//milli.az