Bakıda məşhur otel müsadirə olundu – 3 milyona satılırbackend

Bakıda məşhur otel müsadirə olundu – 3 milyona satılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda fəaliyyət göstərən “Park Dedeman” hoteli müsadirə olunub.

Editor.az  bildirir ki, Teleqraf-ın əldə etdiyi məlumata görə, hotel dövlət hərracında satılacaq.

Maraqlıdır ki, satışa hotelin ikinci mərtbəsi və zirzəmisi çıxarılıb. Bu isə ümumilikdə 1745.5 kv.m deməkdir.

Satışa çıxarılan hissənin ilkin bazar qiyməti 3 milyon 140 min manatdır.

Qeyd edək ki, sözügedən hotel Bakının Səbail rayonu ərazisində yerləşir. Hotelin 95 otağı mövcuddur.