Hikmət Hacıyev: “Azərbaycan QHT-ləri Qlobal Cənub ölkələri ilə birgə layihələr icra edə bilərlər”backend

Hikmət Hacıyev: “Azərbaycan QHT-ləri Qlobal Cənub ölkələri ilə birgə layihələr icra edə bilərlər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan QHT-ləri Qlobal Cənub ölkələrinin həmfikir QHT-ləri ilə birgə layihələr üzrə əməkdaşlığa başlaya bilərlər”.

Editor.az  “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qlobal Cənub QHT Platformasının (Global South NGO Platform – GSNP) I Baş Assambleyasında çıxışında deyib.

O bildirib ki, Azərbaycan belə yanaşmanın xərc bölgüsü və birgə maliyyələşdirilməsi üçün hazırdır:

“Eyni zamanda, sizin təcrübənizdən öyrənməyə və öz təcrübəmizi bölüşməyə də hazırıq”.