Bakıda taksi çağırdı, “Lamborghini” gəldi – Açıqlamabackend

Bakıda taksi çağırdı, “Lamborghini” gəldi – Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə yayılan görüntülərə görə, Bakıda turistin sifariş verdiyi ünvana adi taksi əvəzinə, lüks avtomobil – “Lamborghini” gəlib.

Globalinfo.az-ın xəbərinə görə, məsələ ilə bağlı “Bolt” şirkətinin PR meneceri Nigar Kazımova Axar.az-a açıqlamasında bildirib ki, sözügedən video bir müddət əvvəl çəkilib.

“Həmin videodakı “Lamborghini” reklam olaraq istifadə olunmuşdu. Kimsə o vaxt çəkib, indi yayımlayıb.

Hazırda bizdə o dərəcədə lüks avtomobil kateqoriyası yoxdur”, – o əlavə edib.