Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin operativ müdaxiləsi sayəsində Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
Bu barədə Editor.az -a FHN-in Mətbuat xidmətindən bildirilib.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təhlükəsiz əraziyə təxliyə olunub.
Əlavə məlumat veriləcək.


