Balaəlinin 130 minlik saatı görənləri şok etdi – FOTObackend

Balaəlinin 130 minlik saatı görənləri şok etdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün əvvəl meyxanaçı Xosrov Kərimovun (Xosrov Maştağalı) toy mərasimi keçirilib.

Editor.az  news24.az-a istinadən xəbər verir ki, paytaxtda baş tutan məclisdə tanınmış meyxanaçılar və sənət adamları iştirak ediblər. Toy zamanı səsləndirilən qafiyələr və maraqlı anlar sosial şəbəkələrdə geniş yayılıb, videolar qısa zamanda böyük baxış sayı toplayıb.

Məclisdə iştirak edən tanınmış meyxanaçı Balaəli Rzayev isə bu dəfə çıxışından çox aksesuarı ilə diqqət çəkib. Belə ki, onun qolundakı yaşıl siferblatlı, qızılı kəmərli “Rolex Day-Date” modeli izləyicilərin marağına səbəb olub.

Beynəlxalq satış platformalarında həmin modelin qiymətinin təxminən 70 min ABŞ dolları olduğu bildirilir. Bu isə hazırkı məzənnə ilə təxminən 135 min manat və ya 2 milyon 700 min türk lirəsi edir.

Təbii ki, saatın original olub-olmaması sual doğura bilər. Lakin nəzərə alsaq ki, Balaəli Rzayev zaman-zaman yüz minlərlə manat dəyərində lüks avtomobillərlə, o cümlədən 200 minlik BMW və qiyməti 350 min manatdan baha olduğu deyilən “Mercedes” markalı maşınlarla, eləcə də, dəbdəbəli villaları ilə kameralara tuş gəlib, belə bir saatın saxta versiyasını taxması bir çoxlarına inandırıcı görünmür.

Məsələ ilə bağlı Balaəli Rzayevin özü ilə əlaqə saxlasaq da, o, bu barədə danışmaqdan imtina etdi.

Balaəlinin 130 minlik saatı görənləri şok etdi - FOTOBalaəlinin 130 minlik saatı görənləri şok etdi - FOTOBalaəlinin 130 minlik saatı görənləri şok etdi - FOTO