Məşhur türk aktrisa Afra Saraçoğlu, Bakırköy Baş Prokurorluğu tərəfindən məşhurları hədəf alan narkotik maddələrlə bağlı istintaq çərçivəsində barəsində məcburi gətirilmə qərarı çıxarılan zaman açıqlama verib.
Editor.az xəbər verir ki, o, açıqlamasında deyib, — “Ədalətin təmin edilməsi və prosesin ən uyğun şəkildə həyata keçirilməsi məqsədilə ən qısa zamanda ölkəmə qayıdacaq və məhkəmə orqanlarımızla tam əməkdaşlıq şəraitində ifadə verəcəyəm”.
//Dəniz Pənahova, Editor.az

