“Biz Visbadendə deyil, Frankfurt şəhərində eniş etdik”.
Editor.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan “Telegram” kanalında məlumat verib.
O, hadisəni “Təyyarəni səhv salmışam” sözləri ilə izah edib.
Xatırladaq ki, bundan əvvəl Ermənistan hökumət rəhbərinin Visbadenə işgüzar səfərə getdiyi barədə məlumat verilib.
Bu gün Paşinyana Cənubi Qafqazda sülhün bərqərar edilməsi istiqamətindəki fəaliyyətinə görə Hessen Sülh Mükafatı təqdim olunacaq.
“Medianın müharibə partiyası ilə əlaqəli şəkildə bu gün Almaniyaya getdiyim təyyarənin kimə məxsus olması ilə bağlı suallarına belə cavab verirəm: Bu, mənim şəxsi təyyarəmdir. Ötən həftə təsadüfən məlum oldu ki, babam mənə miras qoyub. Hazırda bu sənədlərlə bağlı məsələləri aydınlaşdırmağa çalışırıq. Mən bu məlumatı öyrənməyə yönəlmiş hər hansı bir cəhdi siyasi qisas, insan hüquqlarının ciddi şəkildə pozulması və demokratiyanın sonu kimi qiymətləndirirəm”, – deyə Ermənistanın baş naziri əlavə edib.

