Türkiyədə 11 aylıq körpə Büşranın yoxa çıxmasından sonra onun atası Yusif Balıqçı, anası Elif Balıqçı, əmisi, bibisi və daha iki qohumu həbs edilib.
Editor.az xəbər verir ki, alənin övladları R.B. və H.B. bildiriblər ki, atalarının borclu olduğu Mehmet K. çadıra daxil olaraq, borcu bağlamaq məqsədilə bacıları Büşranı aparıb.
Belə ki, Sivasın Divriği rayonunun Göndüren kəndindəki İncedere yaylağına heyvandarlıqla məşğul olmaq və düşərgə qurmaq məqsədilə Diyarbakırdan müvəqqəti köçmüş ailədən olan beş uşaq anası Elif Balıqçı (27), 10 sentyabr cümə axşamı günü 11 aylıq körpəsi Büşranın itdiyini bildirmişdi. Saxlanıldıqdan sonra ana ifadəsini dəyişərək, uşağın itmədiyini, əksinə, əri tərəfindən pul müqabilində satıldığını iddia edib.
Daha sonra Elif Balıqçı ifadəsini yenidən dəyişərək, körpənin atası Yusuf Balıqçı tərəfindən öldürüldüyünü irəli sürüb.
//Dəniz Pənahova, Editor.az

