Azərbaycanda psixi və sinir sistemi xəstəlikləri artıb – Rəqəmlərbackend

Azərbaycanda psixi və sinir sistemi xəstəlikləri artıb – Rəqəmlər 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda son beş ildə psixi pozuntular və davranış pozuntuları, eləcə də sinir sistemi xəstəlikləri ilə bağlı diaqnoz qoyulan şəxslərin sayında artım qeydə alınıb.

Editor.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Məlumata görə, son beş ildə psixi pozuntular və davranış pozuntuları ilə bağlı 2010-cu ildə 11 201, 2015-ci ildə 7 764, 2020-ci ildə 12 334, 2024-cü ildə 24 228, 2025-ci ildə isə 18 602 nəfərə diaqnoz qoyulub.

Statistikaya əsasən, psixi pozuntular və davranış pozuntuları ilə bağlı ölüm halları 2010-cu ildə 35 nəfər təşkil edib. Sonrakı illərdə isə bu səbəbdən ölüm faktı qeydə alınmayıb.

Azərbaycanda psixi və sinir sistemi xəstəlikləri artıb - Rəqəmlər - FOTO

Sinir sistemi xəstəlikləri ilə bağlı diaqnoz qoyulan şəxslərin sayı isə 2010-cu ildə 53 815, 2015-ci ildə 72 961, 2020-ci ildə 162 126, 2024-cü ildə 89 370, 2025-ci ildə isə 105 758 nəfər olub.

Sinir sistemi xəstəliklərindən ölənlərin sayı 2010-cu ildə 789, 2015-ci ildə 1 047, 2020-ci ildə 740, 2024-cü ildə 2 286, 2025-ci ildə isə 2 193 nəfər təşkil edib.

Qeyd edək ki, xəstəliklərə dair cədvəllərdə məlumatlar Xəstəliklərin Beynəlxalq Təsnifatının 10-cu baxışı (XBT-10) əsasında təqdim edilib.