Volksvagen-in 75 illik tarixə malik ispan avtomobil markası olan Seat-ı bağlamaq planları gündəmə gəlib.
Editor.az xəbər verir ki, çinli rəqiblərin güclənməsi, elektrikli avtomobillərə keçid və artan xərclər səbəbindən Volksvagen investisiyalarını Cupra-ya yönəltməyi planlaşdırır.
Bu qərar avtomobil sektorunda genişmiqyaslı yenidənqurmanın əlaməti kimi qiymətləndirilib.
1950-ci ildə İspaniyada dövlət şirkəti kimi təsis edilmiş “Seat” 1986-cı ildə “Volksvagen” Qrupuna qoşulub.
Bununla belə, brend son illərdə əvvəlki gücünü itirib. 2020-ci ildən bəri yeni model təqdim etməyən “Seat”-ın Volksvagen-in qlobal tədarüklərindəki payı 2025-ci ilə olan məlumata görə 3 faizdən aşağı düşüb.
// Dəniz Pənahova, Editor.az

