Belaruslu konsert verdi, İstanbulda türklərlə ruslar dalaşdı – VİDEObackend

Belaruslu konsert verdi, İstanbulda türklərlə ruslar dalaşdı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Minlərlə Rusiya və MDB ölkələrindən gələn fanat İstanbulun mərkəzində toplaşaraq fişənglər və pirotexniki vasitələrdən istifadə edib, ifaçının mahnılarını səsləndirərək küçələrdə şənlik edib.

Bu vəziyyət yerli əhali arasında narazılığa səbəb olub. Türkiyə vətəndaşları turistlərə “öz ölkənizə gedin” deyə etiraz ediblər. Məlumatlarda bildirilir ki, tərəflər arasında təkcə sözlü deyil, fiziki qarşıdurmalar da yaşanıb. Belə ki, bir şəxsin fişənglə bir qızın üzünü yandırdığı, həmçinin bir qrup insana şüşə ilə hədə-qorxu gəldiyi iddia olunur.

Qeyd olunur ki, İstanbulda bundan bir neçə gün əvvəl amerikalı reper Kanye Vestin konserti keçirilib, daha sonra isə ölkədə Qurban bayramı qeyd olunub. Yerli sakinlərin qısa müddətdə artan turist axını və kütləvi tədbirlərdən yorulduğu bildirilir.

Publika.az