ABŞ Dövlət Departamenti Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından rəsmi olaraq çıxarıb.
Qərar barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Bununla yanaşı, Vaşinqton “Əl-Qaidə”nin Suriya qolu kimi tanınan “Əl-Nüsrə Cəbhəsi”nin, həmçinin “Heyət Təhrir əş-Şam” (HTŞ) kimi tanınan qruplaşmanın ABŞ-ın terror siyahılarındakı statusunu da ləğv edib.
ABŞ-ın bu addımı Suriyaya qarşı tətbiq edilən məhdudiyyətlərin yumşaldılması və Vaşinqtonun Dəməşqlə münasibətlərində yeni mərhələnin başlanması istiqamətində mühüm qərar kimi qiymətləndirilir.
Hazırda ABŞ-ın terrorizmi dəstəkləyən ölkələr siyahısında İran, Şimali Koreya və Kuba qalır.
//Samir Qurbanov, Editor.az

