Hindistan 2022-ci ildən qüvvədə olan buğda ixracına qadağanı aradan qaldırıb. Qərarın qlobal buğda bazarında yaranmış gərginliyin azalmasına kömək edəcəyi gözlənilir.
Editor.az Bloomberg-ə istinadla xəbər verir ki, məlumat bu qərar xüsusilə Qara dəniz hövzəsindəki vəziyyət fonunda dünya bazarında buğda tədarükü ilə bağlı yaranmış gərginliyin azalmasına imkan verə bilər.
Hindistan dünyanın ən iri buğda istehsalçılarından biridir. Ölkədə son məhsuldarlıq göstəricisi 120,6 milyon tonla tarixi maksimuma çatıb. ABŞ Kənd Təsərrüfatı Nazirliyinin proqnozlarına əsasən, Hindistanın 2026–2027-ci təsərrüfat ilinin sonuna daxili buğda ehtiyatları da rekord səviyyəyə yüksələ bilər.
Bloomberg xatırladır ki, Hindistan buğdasının xarici bazarlara satışına 2022-ci ildə ərzaq təhlükəsizliyi ilə bağlı narahatlıqlar və məhsula ciddi zərər vura biləcək isti hava şəraiti səbəbindən məhdudiyyət qoyulmuşdu.
Bu qərar dünya bazarında buğda qiymətlərinin yüksəldiyi bir vaxtda verilib. Bloomberg-in iyul ayında yaydığı məlumata görə, Qara dəniz regionunda hücumların intensivləşməsi fonunda buğdanın qiyməti son iki ilin ən yüksək səviyyəsinə çatmışdı.
//Gülnarə Abasova, Editor.az

