Ağdamda minalanmış ərazidə yanğın başladıbackend

Ağdamda minalanmış ərazidə yanğın başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağdam rayonunun işğaldan azad edilmiş Novruzlu və Yusifcanlı kəndləri istiqamətində açıq ərazidə yanğın başlayıb.

Editor.az Trend-ə istinadla xəbər verir ki, yanğın minalanmış ərazidə qeydə alınıb.

Hadisə nəticəsində ərazidə alov və güclü tüstü müşahidə olunur.

Yanğının söndürülməsi üçün əraziyə yanğınsöndürən briqadanın cəlb olunduğu bildirilir.