ABŞ Prezidenti Donald Trampın BMT Baş Assambleyasının iclasları zamanı Körfəz ölkələrinin yüksək vəzifəli rəsmiləri ilə İranla bağlı müzakirələr aparacağı gözlənilir.
Editor.az xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.
Bildirilib ki, bununla bağlı görüşün sentyabrın 22-də Nyu-Yorkda keçirilməsi nəzərdə tutulur.
Danışıqlarda Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Bəhreyn, Küveyt və Omanı təmsil edən liderlər və xarici işlər nazirlərinin iştirak edəcəyi bildirilir.
Görüş zamanı əsas diqqətin ABŞ-ın İranla bağlı müharibədən sonrakı regional siyasətinə yönəldiləcəyi qeyd olunur.
Nəşrin yazdığına görə, Tramp administrasiyası artıq hərbi qarşıdurmadan sonrakı dövr üçün regiona dair strategiyanın hazırlanması üzərində işləyir.
Tərəflərin İran ətrafında yaranmış vəziyyət, regional təhlükəsizlik məsələləri və müharibədən sonrakı mümkün ssenarilər barədə fikir mübadiləsi aparacağı gözlənilir.
Gülnarə Abasova
Editor.az

