Çin Xarici İşlər naziri Van İ İran və ABŞ-ı təmkin nümayiş etdirməyə və diplomatik danışıqları bərpa etməyə çağırıb.
Çin XİN rəhbəri İranın xarici işlər naziri Abbas Araqçi ilə Pekində keçirdiyi görüşdə regiondakı gərginliyin azaldılmasının vacibliyini vurğulayıb. Van İ tərəflərin iyun ayında əldə edilmiş müvəqqəti razılaşma çərçivəsinə qayıtmasını və yeni məsləhətləşmələrə başlamasını təklif edib.
Çin üçün əsas məsələlərdən biri Hörmüz boğazında təhlükəsiz gəmiçiliyin təmin edilməsidir. Bu marşrut dünya enerji tədarükünün mühüm hissəsinin keçdiyi strateji su yoludur.
Pekin həmçinin regiondakı böhranın daha geniş beynəlxalq təhlükəsizlik və iqtisadi problemlərə çevrilməməsi üçün diplomatik mexanizmlərin bərpasını vacib hesab edir.
//Samir Qurbanov, Editor.az

