FIFA ləğv edilmiş FIFA Forward Enterprise investisiya təşəbbüsü ilə bağlı araşdırmanın təşkilatın Şurasına təqdim ediləcəyini açıqlayıb.
Editor.az xəbər verir ki, plan FIFA turnirlərində, o cümlədən Dünya Çempionatında kommersiya paylarının xarici investorlara təqdim edilməsini nəzərdə tuturdu. Lakin təşəbbüs futbol qurumları arasında ciddi müzakirələrə səbəb olub.
UEFA, AFC və CONCACAF daxil olmaqla müxtəlif futbol təşkilatları FIFA rəhbərliyində idarəetmə və şəffaflıq məsələlərinin yenidən nəzərdən keçirilməsini tələb ediblər.
FIFA-nın məlumatına görə, layihə ilə bağlı hazırlanan yeni baxış sənədi təşkilatın Şurasına təqdim olunacaq.
//Samir Qurbanov, Editor.az

