Konqres “qırmızı işıq” yandırdı: İsrailə 40 min bomba göndəriləcəkbackend

Konqres “qırmızı işıq” yandırdı: İsrailə 40 min bomba göndəriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Konqresində İsrailə 2,8 milyard dollar dəyərində silah tədarükünü nəzərdə tutan razılaşmanın təsdiqlənməsi dayandırılıb.

Editor.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində yüksək vəzifəli demokrat Qreqori Miks sövdələşmənin razılaşdırılması prosesini dondurub:

“Buna səbəb ABŞ istehsalı olan sursatların İsrail tərəfindən ölkə qanunvericiliyinə və beynəlxalq hüquqa uyğun olmayan şəkildə istifadə edilə biləcəyi ilə bağlı narahatlıqlardır.

Planlaşdırılan tədarükə təxminən 40 min ədəd aviasiya bombası daxildir. Siyahıda 2 000 funtluq bombalar da yer alır.

Bununla belə, ABŞ dövlət katibi Marko Rubio razılaşmanı “milli təhlükəsizliyin təcili marağı” kimi qiymətləndirə bilər. Bu halda Konqresin etirazlarının nəzərə alınmaması və silahların standart təsdiq prosedurundan yan keçməklə göndərilməsi mümkün olacaq. Tramp administrasiyası daha əvvəl də bu mexanizmdən istifadə edib”.

Gülnarə Abasova
Editor.az