Fransanın mərkəz-sağ yönümlü “İntibah” (Renaissance) Partiyasının 2027-ci il prezident seçkiləri üzrə namizədi Qabriel Attal “Avropa Birləşmiş Ştatları”nın yaradılmasına çağırıb.
Editor.az xəbər verir ki, Attal bildirib: “Mən istəmirəm ki, mənim nəslim Avropanın ABŞ-ın 51-ci ştatına və ya Çinin 24-cü əyalətinə çevrilməsinin şahidi olsun”.
Mövcud sistemlə daha irəli gedə bilməyəcəklərini vurğulayan Attal, öz nəslinin Avropanın çöküşünə şahidlik etməyə məhkum edilməsinə yol verməyəcəyini bildirib.
//Dəniz Pənahova, Editor.az

