Rusiya Prezidenti Vladimir Putin Ukrayna müharibəsinin sona çatdırılması ilə bağlı razılaşmanın əldə olunması ehtimalının mövcud olduğunu bildirib.
Editor.az xəbər verir ki, O, bununla yanaşı, Kiyevin Rusiya aviasiyasına qarşı mümkün təhlükə barədə xəbərdarlıqlarının danışıqlar prosesini çətinləşdirə biləcəyini deyib.
Putinin sözlərinə görə, hazırda diplomatik səylər üçün müəyyən imkanlar yaranıb. Ukrayna tərəfi də sülh prosesində yeni dinamikanın formalaşdığını açıqlayıb.
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa diplomatik fəaliyyətin daha fəal mərhələyə keçdiyini qeyd edib. Bununla belə, tərəflərin müharibənin başa çatdırılması şərtləri ilə bağlı mövqelərində ciddi fikir ayrılıqları qalır.
Beləliklə, Moskva və Kiyevdən gələn son açıqlamalar uzun müddətdən sonra sülh danışıqları ilə bağlı nisbətən nikbin mesajların artdığını göstərir.
//Samir Qurbanov, Editor.az

